Rəşid Məmmədəliyev: "İstəyərəm ki, bürünc medalı qızıl medalla əvəzləyim"

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 20° C USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Rəşid Məmmədəliyev: "İstəyərəm ki, bürünc medalı qızıl medalla əvəzləyim" İdman 06 oktyabr, 2026 19:44 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevin əsas məqsədi gələcək yarışlarda qızıl medal əldə etməkdir.
"Report" xəbər verir ki, cüdoçu bunu bürünc medal uğrunda görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
73 kq çəki dərəcəsində yarışan idmançı çempionatdan əvvəl komanda ilə böyük işlər görüldüyünü bildirib:
"Mötəbər yarışdan öncə komanda ilə birlikdə böyük işlər görmüşdük. Çempionata kifayət qədər yaxşı hazırlaşmışdıq. Ölkəmizdə və xaricdə təlim-məşq toplanışları təşkil olundu. Rəhbərlik, məşqçilər heyəti, həkimlər və komanda yoldaşlarım işini vicdanla gördü. Bunun nəticəsidir ki, 60 kq çəki dərəcəsində qızıl, 73 kq-da isə bürünc medala yiyələndik. Növbəti yarışlarda da yığmaya uğurlar arzulayıram".
R.Məmmədəliyev fiziki hazırlığından və mübarizə əzmindən söz açıb:
"İlk medalımı 2019-cu ildə qazanmışam. Ondan sonra inamım daha da artdı. Fikirləşdim ki, bir dəfə alınıbsa, yenə də uğur qazanmaq olar. Üstün cəhətlərimdən biri "Golden score"da mübarizə aparmaqdır. Çünki uşaqlıqdan gec yoruluram".
Yat Olimpiya Oyunları və gələcək hədəflərindən danışan idmançı bürünc medalı qızıla dəyişmək istədiyini vurğulayıb:
"İstəyərəm ki, bürünc medalı ilk növbədə qızıl medalla əvəzləyim. Olimpiadaya da daha yaxşı hazırlaşmağa çalışacağam. Hədəfim hər cəhətdən daim inkişaf etməkdir. İnkişaf etsəm, qızıl medal da gələcək".
Cüdoçu ona dəstək olan hər kəsə minnətdarlıq ifadə edib:
"Qələbəni bir və ya iki nəfərin adına bağlamaq yanlış olar. Bütün tribunalar, doğmalarım və tanışlarım mənə dəstək göstərirdi. Həm qələbə, həm də məğlubiyyət anlarında yanımda olan hər kəsə təşəkkür edirəm".
O, oğlunun da gələcəkdə idmançı olmasını arzuladığını deyib:
"İstəyərdim ki, oğlum da cüdoçu olsun. Çünki keçilmiş yolla getmək daha rahatdır. Oğlumu özüm hazırlaşdırmaq, gələcəkdə onun Avropa, dünya və olimpiya çempionu olmasını görmək istərdim".
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 21:35 Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb Region 21:24 Pakistan Fatah-4 qanadlı raketinin uğurlu sınağını keçirib Region 21:16 Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək Region 20:57 EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu artırıb Energetika 20:56 Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək Digər ölkələr 20:53 Foto "Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirilib Hərbi 20:50 Fransanın səfiri İran XİN-ə çağırılıb Digər ölkələr 20:40 EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək Energetika 20:35 Pezeşkian ilk dəfə MDB dövlət başçılarının iclasına qatılacaq Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.