İdman24
Basketbol · APA Sport

Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri

Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsümün növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, gecənin diqqətçəkən qarşılaşmasında “Los-Anceles Leykers” doğma meydanda “Portlend Treyl Bleyzers”ə 129:136 hesabı ilə məğlub olub.

Meydan sahiblərinin heyətində Luka Donçiç 41 xal, 5 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qonaqların qələbəsində Demian Lillardın son dəqiqədə atdığı üçxallıq atış mühüm rol oynayıb. Bununla da “Leykers” mövsümdə ilk məğlubiyyətini alıb.

Digər qarşılaşmada “Boston Seltiks” “Bruklin Nets”i əlavə vaxtda 125:124 hesabı ilə məğlub edib. Boston təmsilçisinin heyətində Ceyson Teytum 40 xal toplayıb və qələbə atışının müəllifi olub.

“San-Antonio Spörs” isə “Sakramento Kinqs” üzərində 130:103 hesablı qələbə qazanıb. Viktor Vembanyama 29 xal və 10 ribaundla fərqlənib.

“Nyü-York Niks” də gecəni qələbə ilə başa vurub. Komanda “Detroyt Pistons”u 111:97 hesabı ilə məğlub edib. Karl-Entoni Tauns 27 xal və 20 ribaundla görüşün ən yaxşılarından olub.

NBA-da gecənin bütün nəticələri:

“Boston Seltiks” – “Bruklin Nets” 125:124 (əlavə vaxt)

“Nyü-York Niks” – “Detroyt Pistons” 111:97

“San-Antonio Spörs” – “Sakramento Kinqs” 130:103

“Los-Anceles Leykers” – “Portlend Treyl Bleyzers” 129:136

Orijinal mənbə

İdman24 əsas səhifə