"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi göstərilib

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 25° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi göstərilib Elm və təhsil 19 sentyabr, 2026 15:44 "BakıKart" (K Group MMC) tərəfindən gənclərin təhsildə qazandıqları uğurların təşviqi və onların gündəlik ictimai nəqliyyat xərclərinə dəstək göstərmək məqsədilə Qarabağ Universitetində xüsusi görüş keçirilib.
"Report" xəbər verir ki, görüş çərçivəsində Qarabağ Universitetinə qəbul zamanı ən yüksək nəticə göstərən 20 tələbəyə ictimai nəqliyyatda istifadə üçün nəzərdə tutulan 100 gedişlik "CityCard Xankəndi" hədiyyə kartları "BakıKart"ın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli tərəfindən təqdim olunub.
Tədbir zamanı Qarabağ Universitetinin prorektoru Rüstəm İsgəndərli universitetin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar və tədris mühiti barədə məlumat verib.
Görüşdə həmçinin gənclərin təhsildə uğurlarının təşviqi, tələbələrə dəstək və onların gündəlik həyatında ictimai nəqliyyat imkanlarının əlçatanlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
"BakıKart"ın nümayəndələri tələbələri əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıblar.
Təqdim olunan "CityCard Xankəndi" kartlarının hər biri 100 gediş üçün nəzərdə tutulub və tələbələrin Xankəndi şəhərində ictimai nəqliyyatdan gündəlik istifadəsinə dəstək məqsədi daşıyır.
Görüşün sonunda tələbələrlə xatirə fotosu çəkilib.
Qeyd edək ki, "BakıKart" ictimai nəqliyyatda müasir və rahat ödəniş həllərinin tətbiqi ilə yanaşı, gənclərin və tələbələrin dəstəklənməsinə yönələn sosial təşəbbüslərə də önəm verir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Sevil Seymur Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 18:02 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib Daxili siyasət 17:59 "Sülh göyərçini" və ya Paşinyansayağı imitasiya - ŞƏRH Analitika 17:51 Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - YENİLƏNİB Hadisə 17:51 Foto Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib Fərdi 17:39 Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib Digər ölkələr 17:39 Bilgəhdə 2 nəfər dənizdə batıb Hadisə 17:29 Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb Hadisə 17:12 Foto Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək İnfrastruktur 17:01 Foto Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.