Futbol · APA Sport
“Turan Tovuz”dan yeni transfer: Fransız futbolçuyla 2 illik müqavilə

"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qərb təmsilçisi fransalı yarımmüdafiəçi Stiv Beusnardı transfer edib.
34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Monpelye"nin yetirməsi olan Beusnard son mövsümdə Fransa Liqa 2 təmsilçisi "Po"nun heyətində 27 oyuna çıxıb.
O, karyerası ərzində "Bezye" və "Ayaçço"nun da formasını geyinib.