Basketbol · APA Sport
“LANDAU Lions” Çempionlar Liqasında mübarizəni dayandırıb

“LANDAU Lions” basketbol klubu avrokubok mövsümünə start verib.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi FIBA Çempionlar Liqasının II təsnifat mərhələsində Latviya çempionu “VEF Riqa” ilə qarşılaşıb.
Bolqarıstanın Samokov şəhərində keçirilən görüş “LANDAU Lions”un 88:105 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bu nəticədən sonra Bakı klubu Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda beynəlxalq arenadakı çıxışını FIBA Avropa Kubokunun G qrupunda davam etdirəcək.
Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Sabah” FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.