Döyüş İdmanı · APA Sport
“Neftçi” üçün Şamaxıda zirvə döyüşü - YENİLƏNİR

Misli Premyer Liqasında X tur davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun gününə Şamaxıda start veriləcək.
Rayonun eyniadlı komandası "Neftçi"ni qəbul edəcək.
Görüş saat 15:00-da start götürəcək. Matçı FİFA referisi Tural Qurbanov idarə edəcək.
"Ağ-qaralar" bu matçda qələbə qazanaraq yenidən liderliyə yüksəlmək niyyətindədir.
"Şamaxı" isə xal ehtiyatını artıraraq autsayderlərdən daha da uzaqlaşmaq arzusundadır.
Misli Premyer Liqası X tur 1 noyabr 15:00. "Şamaxı" – "Neftçi" Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev. VAR: Kamal Umudlu. AVAR: Vüsal Məmmədov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Şamaxı şəhər stadionu