"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: "İlk oyundakı nəticə bizi arxayınlaşdırmamalıdır"

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü Bakı 12° C USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Ordu"nun baş məşqçisi Cavid Süleymanov: "İlk oyundakı nəticə bizi arxayınlaşdırmamalıdır" Komanda 12 noyabr, 2026 12:43 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
CEV Çelenc Kubokunun ilk oyununda qazanılan qələbə kişi voleybolçulardan ibarət "Ordu" klubunu arxayınlaşdırmamalıdır.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Cavid Süleymanov Norveçin "Forde VBK" kollektivinə qarşı keçirilən matçdan sonra Azərbaycan Voleybol Federasiyasına açıqlamasında deyib.
Mütəxəssis səfərdə istədikləri nəticəni əldə etdiklərini bildirib:
"Uzun və yorucu yol qət etməyimizə baxmayaraq, hazırlıq prosesində gördüyümüz işlərin müsbət nəticə verəcəyinə inanırdıq. Sevindirici haldır ki, gözləntilərimiz doğruldu və qarşılaşmadan istədiyimiz nəticə ilə ayrıldıq. Komandamızda təcrübəli voleybolçuların olması oyunun gedişində özünü göstərdi. Müəyyənləşdirdiyimiz taktiki tapşırıqları yüksək səviyyədə yerinə yetirdik və təcrübəmiz həlledici məqamlarda mühüm rol oynadı. "Forde VBK" gənc kollektiv olsa da, avrokuboklarda zəif rəqibin olmadığını yaxşı bilirik. Rəqib komanda da layiqli mübarizə apardı və bizə ciddi müqavimət göstərdi".
O, cavab görüşünə də ciddi hazırlaşacaqlarını söyləyib:
"Əldə etdiyimiz qələbə, şübhəsiz ki, sevindiricidir. Lakin bu nəticə bizi arxayınlaşdırmamalıdır. Bakıya qayıtdıqdan sonra komandaya birgünlük istirahət veriləcək, daha sonra məşqləri bərpa edərək cavab qarşılaşmasına hazırlığa başlayacağıq. Növbəti oyuna da eyni məsuliyyətlə yanaşacaq və uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, CEV Çelenc Kubokunda ilk oyununa çıxan "Ordu" Norveçin "Forde VBK" komandasını 3:0 hesabı ilə məğlub edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 04:31 Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib Digər ölkələr 04:27 Albaniya 2028-ci ildə NATO sammitinə ev sahibliyi edə bilər Digər ölkələr 04:02 İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb Komanda 03:56 Rumıniya ABŞ hərbi kontingentinin ölkədə genişləndirilməsini təklif edib Digər ölkələr 03:53 Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır Digər ölkələr 03:42 ABŞ-da ticarət nazirinin vəzifəsindən uzaqlaşdırılması müzakirə olunur Digər ölkələr 03:25 Tramp ABŞ müttəfiqlərini qorumaq üçün İrana qarşı güc tətbiqini istisna etməyib Digər ölkələr 02:35 Foto Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Yenilənib Xarici siyasət 02:13 Azərbaycan Avropaya qaz ixracını artıracaq Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.