Basketbol · APA Sport
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

Azərbaycan Basketbol Federasiyasının (ABF) Hakimlər Kollegiyası ilə Azərbaycan Basketbol Liqası (ABL) klublarının nümayəndələri arasında görüş keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.
Bakı İdman Sarayında təşkil olunan tədbirdə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) oyun qaydalarındakı dəyişikliklər barədə ətraflı məlumat verilib.
Görüşdə həmçinin 2026/2027 mövsümü ilə bağlı məsələlər müzakirə olunub.