Ronaldu bir aylıq diskvalifikasiya edilib və 255 avro cərimələnib

İlham Əliyev Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Ronaldu bir aylıq diskvalifikasiya edilib və 255 avro cərimələnib Futbol 19 oktyabr, 2026 21:50 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Qızıl top"un beşqat sahibi Kriştianu Ronaldu Portuqaliya millisinin oyunlarından bir ay müddətinə kənarlaşdırılıb və 255 avro məbləğində cərimələnib.
"Report" un məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində Portuqaliya Futbol Federasiyasının bəyanatına istinadən xəbər yayıb.
Beləliklə, Ronaldu Millətlər Liqasında Portuqaliya millisinin Danimarka (14 noyabr) və Uels (17 noyabr) komandalarına qarşı keçirəcəyi növbəti oyunlarda iştirak edə biləcək.
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu sentyabrın 30-da məşq toplanışının ortasında milli komandanın düşərgəsini tərk edib. Futbolçunun sözlərinə görə, buna baş məşqçi Jorje Jezuşun ona verdiyi vədləri iki dəfə pozması səbəb olub.
Ronaldu Millətlər Liqasının yeni mövsümündə Uelsə qarşı keçirilən ilk oyunda (1:0) iştirak edib, norveçlilərlə görüşdə isə (2:1) ehtiyat oyunçular skamyasında qalıb. Əvvəlcə həmin matçda meydana çıxması nəzərdə tutulmayıb. Lakin baş məşqçi ondan oyunun 30 dəqiqəsində meydana çıxmağa hazır olmasını istəyib və isinmə hərəkətləri etməyə göndərib. Buna baxmayaraq, Ronaldu sonadək ehtiyat oyunçular skamyasında qalıb.
Daha sonra Ronaldu milli karyerasını başa vurmaq niyyətində olmadığını və yığmaya dəvət olunmağa hazır olduğunu bildirib.
Portuqaliya millisi Millətlər Liqasında keçirdiyi dörd oyunun hamısında qalib gəlib və turnirin 1/4 finalına vəsiqəni təmin edib. Qrup mərhələsinin son oyunlarında portuqaliyalılar noyabrın 14-də Danimarka, noyabrın 17-də isə Uelslə qarşılaşacaqlar.
Qeyd edək ki, 41 yaşlı Ronaldu beşqat Çempionlar Liqası qalibi, Avropa çempionu və ikiqat Millətlər Liqası qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçular sırasındadır və bu yarışlarda müvafiq qol rekordlarına sahibdir.
Futbolçu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. Karyerası ərzində o, Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarında da oynayıb.
Ronaldu karyerası ərzində ümumilikdə 981 qol vurub. Onlardan 146-sı Portuqaliya millisinin, 835-i isə klub komandalarının heyətində qeydə alınıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Криштиану Роналду отстранен от матчей сборной Португалии на месяц --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 00:10 Fransada iğtişaşlar zamanı 2,5 mindən çox adam saxlanılıb Digər ölkələr 00:00 Zəngilanın azad edilməsindən 6 il ötür Daxili siyasət 23:58 Tramp Putin və Si Cinpinlə nüvə tərksilahını müzakirə etməyə hazırdır Digər ölkələr 23:43 Pakistanlı general sabah Tehrana səfər edəcək Region 23:34 Foto Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib Xarici siyasət 23:20 Türkiyədə yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb Region 23:10 Rubio: ABŞ Özbəkistanın tərəqqisindən və əməkdaşlıq imkanlarından təsirlənib Digər ölkələr 23:00 TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır - Rəy Milli Məclis 22:59 Foto Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.