Döyüş İdmanı · APA Sport
DÇ: İsfahan Həsənovdan ilk döyüşdə qələbə

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
Apasport.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Xorvatiya təmsilçisi Toma Yelençlə üz-üzə gəlib.
Həsənov rəqibini 6:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı avqustun 2-dək davam edəcək. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.