FIFA prezidentliyinə yeni namizəd: İnfantinonun rəqibi bəlli oldu

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo FIFA prezidentliyi uğrunda mübarizəyə qoşulmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin üzvü olan Diallo FIFA prezidenti postuna namizəd olmaq dəvətini qəbul edib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, UEFA İcraiyyə Komitəsində təmsil olunan bütün milli federasiyalar Diallonun namizədliyini dəstəkləyir.
Açıqlamada FIFA-nın hazırkı idarəçilik istiqaməti ilə bağlı ciddi narahatlıqların olduğu vurğulanıb. Milli federasiyalar dünya futbolunda birliyin və etimadın yenidən bərpa olunmasına çağırış ediblər.
Qeyd edək ki, FIFA prezidentliyinə seçkilər gələn ilin mart ayında keçiriləcək. Diallonun əsas rəqiblərindən biri hazırkı prezident Canni İnfantino olacaq.