Digər · APA Sport
Azərbaycan atıcısı Avropa çempionatının finalında

Azərbaycan atıcısı Zeynəb Sultanova Polşanın Vrotslav şəhərində keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma növündə çıxış edən idmançımız təsnifat mərhələsini uğurla başa vuraraq həlledici mərhələyə yüksəlib.
Beləliklə, Sultanova qitə çempionatında medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, U-23 Avropa çempionatı avqustun 1-dən 12-dək Polşanın Vrotslav şəhərində keçirilir.