İdman24
Döyüş İdmanı · APA Sport

İki güləşçimizdən medal

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb.

Apasport.az xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsində Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) yarışın bürünc mükafatına sahib çıxıblar.

Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0) qalib gəlib. Karsanov rusiyalı Andrey Bestayevi 8:1 hesabıyla üstələyib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərdən Günay Qurbanova (59 kq) gümüş medal qazanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə