Futbol · APA Sport
Kabo-Verde Messiyə rəqib oldu: 1/16-da Argentinaya qarşı

DÇ-2026-da 1/16 final mərhələsinin daha bir cütü müəyyənləşib.
Apasport.az xəbər verir ki, Kabo-Verde pley-offun ilk mərhələsində Argentina millisi ilə qarşılaşacaq.
Afrika təmsilçisi H qrupunu 3 xalla 2-ci pillədə tamamlayaraq tarixində ilk dəfə 1/16 finala yüksəlib. Argentina isə J qrupunda lider kimi pley-offa vəsiqəni təmin edib.
Qeyd edək ki, Argentina - Kabo-Verde qarşılaşması iyulun 3-də keçiriləcək.