Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qarşı - YENİLƏNİR

UEFA Millətlər Liqasının qrup mərhələsində III tura bu gün start veriləcək. Apasport.az xəbər verir ki, oktyabrın 1-də A, B və D Liqalarında ümumilikdə 8 qarşılaşma keçiriləcək. Azərbaycan millisi D Liqasının 2-ci qrupunda doğma meydanda Lixtenşteyni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. A Liqasının 2-ci qrupunda Almaniya Serbiya ilə, Yunanıstan isə Niderlandla qarşılaşacaq. 4-cü qrupda son Millətlər Liqasının qalibi Portuqaliya Danimarkanın qonağı olacaq, Uels isə Norveçi qəbul edəcək. B Liqasında İrlandiya – Avstriya və İsrail – Kosovo, D Liqasının digər qrupunda isə Malta – Cəbəllütariq görüşü keçiriləcək. Millətlər Liqası 1 oktyabr 20:00 – Azərbaycan – Lixtenşteyn 22:45 – Almaniya – Serbiya 22:45 – Yunanıstan – Niderland 22:45 – Danimarka – Portuqaliya 22:45 – Uels – Norveç 22:45 – İrlandiya – Avstriya 22:45 – İsrail – Kosovo 22:45 – Malta – Cəbəllütariq