İdman24
Basketbol · APA Sport

“Sabah” litvalı basketbolçu ilə müqavilə imzalayıb

“Sabah” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Bakı təmsilçisi litvalı forvard Mindauqas Susinskası transfer edib.

204 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb.

Susinskas karyerası ərzində “Alytaus Dzūkija”, “Prienai”, “NINERS Chemnitz” və İspaniyanın “Bàsquet Girona” komandalarında çıxış edib.

Litvalı basketbolçu Almaniyada FIBA Europe Cup təcrübəsi qazanıb. O, həmin turnirdə orta hesabla 11,3 xal, 4 ribaund və 2,5 məhsuldar ötürmə ilə yadda qalıb.

Susinskas daha sonra İspaniya ACB Liqasında üç mövsüm keçirib.

Orijinal mənbə

İdman24 əsas səhifə