Formula 1 · F-1.az
Bəhreyn-2026: Ferstappen mövsümdə ilk qələbəsini qazanıb

2026-cı il Qran Pri Bəhreynlə bağlı hadisələr elə əvvəlindən plan üzrə getməyib. Mərhələ apreldə keçirilməli idi, amma qışda regionda hərbi münaqişə başlayıb, fevralda Pirelli testləri ləğv olunub, martda isə Səudiyyə Ərəbistanı və Bəhreyn mərhələlərinin vaxtı dəyişdirilib. Nəticədə Ciddə yarışı tamamilə ləğv olunub, vəliəhd şahzadə Salman isə gözlənilməz bir variant tapıb - Qran Pri Bəhreyni başqa ölkədə, Malayziyada yerləşən Sepang trasında keçirmək.