İdman24
Digər · APA Sport

Paraüzgüçülərimiz Gəncədə təlim-məşq toplanışında

Paraüzgüçülük üzrə Azərbaycan milli komandası Avropa çempionatına hazırlığını davam etdirir.

Apasport.az xəbər verir ki, Raman Salei, Əli Vəliyev və Murad Məmmədov məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi ilə avqustun 19-dan Gəncə İdman Sarayında təlim-məşq toplanışındadır.

Sentyabrın 4-dək davam edəcək hazırlıq prosesi Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, qitə çempionatı sentyabrın 7-12-də Türkiyənin Kocaeli şəhərində keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə