Futbol · APA Sport
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə – Fransa dueli - YENİLƏNİR

Bu gün 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, Fransa və İngiltərə milliləri bürünc medal üçün üz-üzə gələcək.
Hər iki komanda yarımfinalda məğlub olaraq finaldan kənarda qalıb. Fransa İspaniyaya 0:2, İngiltərə isə Argentinaya 1:2 hesabı ilə uduzub.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.