Futbol · APA Sport
"Mançester Siti"dən "Monako"ya - RƏSMİ

"Mançester Siti" "Trua"dan transfer etdiyi Matis Deturbeni icarəyə verib.
Apasport.az xəbər verir ki, "şəhərlilər" fransalı vingeri "Monako"ya icarəyə verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu qarşıdakı mövsümdə Liqa 1 təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Fransa U-19 millisinin üzvü olan Matis Deturbe 2025/26 mövsümündə "Trua"nın heyətində meydana çıxdığı 38 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Mançester Siti" gənc oyunçunu iki gün əvvəl 25 milyon avroya transfer edib.