Mahmud Qurbanov: "Sabah" "Borussiya" ilə bərabər səviyyədə oynadı"

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 22° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Mahmud Qurbanov: "Sabah" "Borussiya" ilə bərabər səviyyədə oynadı" Futbol 21 oktyabr, 2026 11:46 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı başabaş oyun nümayiş etdirib.
Bunu "Report" a açıqlamasında Azərbaycanın U-18 millisinin baş məşqçisi Mahmud Qurbanov deyib.
Mütəxəssis Bakı Olimpiya Stadionunda keçirilən matç barədə fikirlərini bölüşüb:
"Sabah" məğlub olsa da, oyun baxımından elə epizodlar var idi ki, bərabər səviyyədə çıxış edirdilər. Komanda rəqibin ad-sanından, oynadığı çempionatdan və futbolçularından çəkinmədi, inamlı mübarizə apardı. Hətta "Slaviya" ilə matçla müqayisədə "Borussiya" ilə görüşdə daha yaxşı təsir bağışladılar. Həm "Borussiya", həm də "Sabah" açıq futbol oynadı. Təkcə qol vurmaqla kifayətlənmədilər, yaxşı hücumlar qurdular, qapıya zərbələr endirdilər. "Sabah"ın xal qazanmaq imkanı da var idi. Komanda hücumda çox inamlı idi".
M.Qurbanov "Sabah"ın qısa müddətdə oyununu daha da yaxşılaşdırdığını bildirib:
"Komanda bir həftə ərzində həm hücum, həm də müdafiə baxımından oyununu təkmilləşdirmişdi. Kahim Parris, Coy-Lens Mikels, Velko Simiç, Stiv Solvet, arxada Umarali Rahmonaliyev çox yaxşı və inamlı oyun göstərdilər. Rəqib çempionat və futbolçu səviyyəsinə görə matçın favoriti idi, üstün tərəf sayılırdı. Lakin "Sabah" oyun baxımından heç də geri qalmır, görüşün böyük hissəsində "Borussiya" ilə bərabər səviyyədə mübarizə aparırdı. Sadəcə, bir az ustalıq çatmadı. Müdafiədə oturub əks-hücumda oynamadılar. Gücləri çatdı, 90 dəqiqə tempə dözdülər və son dəqiqəyə kimi hücuma keçib qol vurmaq istədilər. Məğlubiyyətə baxmayaraq, oyun keyfiyyəti çox yaxşı idi".
Qeyd edək ki, "Sabah" – "Borussiya" matçı qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində növbəti görüşünü noyabrın 4-də səfərdə Norveçin "Vikinq" klubuna qarşı keçirəcək.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 12:38 Daha altı rayonda 105 sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib Sosial müdafiə 12:37 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb Komanda 12:33 EBRD: Orta Dəhliz tamhüquqlu iqtisadi dəhlizə çevrilməlidir İnfrastruktur 12:32 Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb Biznes 12:32 "Barselona"nın futbolçusu Dani Olmo "Real"la oyunu buraxacaq Futbol 12:29 EBRD Orta Dəhliz üzrə dəniz nəqliyyatına investisiyaları artırmaq istəyir İnfrastruktur 12:29 Gündüz İsmayılov: Azərbaycan ailəsi din pərdəsi altında başqa xalqların ailəsinə çevrilməməlidir Din 12:29 Lixaçov və Qrossi Antalyada Zaporojye AES-in vəziyyətini müzakirə edəcək Energetika 12:29 XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox tədbir keçiriləcək Mədəniyyət siyasəti Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.