TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti milli komandanın baş məşqçisi Vinçentso Montella ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
Apasport.az xəbər verir ki, son 3 oyunda azarkeşlərin istefaya səslədiyi italiyalı mütəxəssislə yolların ayrılması qərara alınıb.
Montellanın öz istəyi ilə ona müqavilənin vaxtından əvvəl ləğvinə görə təzminat ödənilməyəcək.
TFF prezidenti İbrahim Hacıosmanoğlu isə vəzifəsindən ayrılmağı düşünmür. Onun apreldə keçiriləcək UEFA Konqresində prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırdığı üçün istefa vermək niyyətində olmadığı bildirilir. Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasında keçirdiyi son 4 oyunun hamısında məğlub olub. DÇ-2026-dakı uğursuzluq və bu nəticələrdən sonra azarkeşlər Montellanın istefasını tələb ediblər.