Azərbaycanın futzal üzrə U-19 millisi Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq

İlham Əliyev Zəfərə gedən yol Bakı 25° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycanın futzal üzrə U-19 millisi Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq Futbol 29 sentyabr, 2026 10:40 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatına əsas mərhələdən başlayacaq.
Bu barədə "Report" a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Final mərhələsi 2027-ci ildə Qazaxıstanda keçiriləcək yarışın püşkatma mərasimi oktyabrın 2-də, saat 16:30-da keçiriləcək.
Bu dəfə təşkilatçı ölkə də daxil olmaqla mübarizəyə 38 komanda qoşulacaq. Onlardan Qazaxıstan yığması final mərhələsində iş başında olacaq. Qalan 37 komandadan ən aşağı reytinqə malik 12-si ilkin mərhələdə gücünü sınayacaq. Komandalar hər birində 4 iştirakçı olmaqla 3 qrupa səpələnəcəklər.
Oyunlar gələn il yanvarın 19-dan 24-dək keçiriləcək. Ancaq qrup qalibi olan 3 komanda əsas mərhələyə vəsiqə qazanacaq və digər 25 komandaya qoşulacaq.
Hazırda reytinq cədvəlinin 24-cü pilləsində qərarlaşan Azərbaycanın U-19 millisi mübarizəyə əsas mərhələdən başlayacaq. Bu mərhələnin oyunları gələn il martın 30-dan aprelin 4-dək keçiriləcək. 28 komanda hər birində 4 milli olmaqla 7 qrupa bölünəcək. Hər qrupun oyunu mini-turnir şəklində bir ölkədə keçiriləcək və yalnız 1-ci pilləni tutacaq komandalar final mərhələsində oynamaq hüququ qazanacaq.
Mini-turnirlərə evsahibliyi edəcək 7 ölkə məlumdur. Bunlar Portuqaliya, Sloveniya, İtaliya, Xorvatiya, Türkiyə, Moldova və Rumıniyadır. Futzalçılarımız püşkdən sonra yer alacağı qrupun 4-cü komandası olacağına görə, Rumıniya və Moldova ilə qarşılaşmayacaq.
Avropa çempionatının final mərhələsi gələn il sentyabrın 26-dan oktyabrın 3-dək Astana şəhərindəki "Jekpe-Jek Hall"da keçiriləcək. Əsas mərhələnin qrup qalibi olacaq 7 komandaya Qazaxıstanın da müvafiq yaş qrupuna aid millisi qoşulacaq.
1-ci səbət (ev sahibi): Portuqaliya (qrupunun 1-cisi), Sloveniya (qrupunun 1-cisi), İtaliya (qrupunun 1-cisi), Xorvatiya (qrupunun 2-cisi), Türkiyə (qrupunun 2-cisi), Moldova (qrupunun 4-cüsü), Rumıniya (qrupunun 4-cüsü)
2-ci səbət (qrupunun 1-cisi): İspaniya, Ukrayna, Fransa, Çexiya
3-cü səbət (qrupunun 2-cisi): Macarıstan, Polşa, Belçika, Serbiya, Bosniya və Herseqovina
4-cü səbət (qrupunun 3-cüsü): Finlandiya, Latviya, Belarus, Yunanıstan, Niderland, Slovakiya, İngiltərə
5-ci səbət (qrupunun 4-cüsü): Azərbaycan, Monteneqro, ilkin mərhələ, A qrupunun qalibi, ilkin mərhələ, B qrupunun qalibi, ilkin mərhələ, C qrupunun qalibi
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 12:43 Sabah rayonlara yağış yağacaq Ekologiya 12:30 Foto Qarabağda heyvanların dabaq xəstəliyinə qarşı vaksinləmə tədbirlərinə başlanılıb ASK 12:28 "AzərEnerji" ixrac gəlirlərini 66 % artırıb Energetika 12:28 Foto FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib Xarici siyasət 12:19 İlham Əliyev: U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır Futbol 12:18 Foto Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Fərdi 12:14 Foto İlham Əliyev FIFA-nın prezidentini qəbul edib Futbol 12:12 Fərid Qayıbov: "İşğaldan azad olunmuş ərazilərdə idman yarışlarının arealı genişlənir" Fərdi 12:12 Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.