İdman24
Digər · APA Sport

“Beşiktaş”ı məğlub etdilər, baş məşqçi danışdı: “Səviyyəmizi göstərdik”

“Seltik”in baş məşqçisi Martin O'Nil UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda “Beşiktaş”ı 3:2 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını bildirib.

“Oyun ərzində qol imkanları yaratdıq və istədiyimiz nəticəni əldə etdik. Futbolçularım onlara söylədiyim hər şeyi meydanda yerinə yetirdilər. Komandam futbolun tələb etdiyi oyunu nümayiş etdirdi. Etdiyimiz dəyişikliklər nəticə verdi. Futbolçularımın çıxışından çox razıyam”.

O'Nil əvəzetmələrin qələbədə mühüm rol oynadığını vurğulayıb:

“Bu gün ehtiyatdan meydana daxil olan futbolçular üzərlərinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirdilər. Səviyyəmizi göstərdik. Bu qarşılaşma həm ölkə çempionatında, həm də Avropada nələrə qadir olduğumuzu nümayiş etdirdi.

Hər cəhətdən mükəmməl qələbə qazandıq. Futbolçularımın xarakterini, formasını və çıxışını sorğulamaq olmaz. Çox çətin oyun keçirdik. Əsas məqsədimiz qol vurmaq idi. Topa nəzarət edərək və çoxlu ötürmələr verərək buna nail olmağa çalışdıq.

Əvəzetmələrimizin arxasında konkret plan dayanırdı. Belə böyük Avropa oyunlarında məyusluğa da hazır olmalısan. Amma futbolçularım məni məyus etmədilər”.

Qeyd edək ki, “Seltik” “Beşiktaş” üzərində 3:2 hesablı qələbə qazanaraq Avropa Liqasının Liqa mərhələsində ilk üç xalını əldə edib.

Şotlandiya təmsilçisinin heyətində əvvəllər “Qarabağ”da çıxış etmiş Kamilo Duran 78 və 87-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb.

Orijinal mənbə

İdman24 əsas səhifə