Futbol · APA Sport
“Barselona” liderliyini davam etdirir

İspaniya La Liqasında II tur davam edir.
Apasport.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
"Barselona" "Atletik"lə qarşılaşıb. Görüşdə hesab ilk hissədə açılıb. Rafinya fərqlənib. İkinci yarıda Fermin Lopez oyunda yekun nəticəni müəyyənləşdirib - 2:0.
Günün digər matçında "Selta" "Osasuna"nın qonağı olub. Görüş qonaqların qələbəsi ilə nəticələnib - 2:1.
Qeyd edək ki, "Barselona" iki matçdan sonra maksimum nəticə ilə liderdir.