Digər · APA Sport
Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı

Fransalı müdafiəçi Malanq Sarr karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu NEOM klubu ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sarr "Lans"dan ayrıldıqdan sonra azad agent statusunda idi.
Onunla Türkiyənin "Fənərbaxça" klubu da yaxından maraqlansa da, tərəflər maaş məsələsində razılığa gələ bilməyiblər. Bundan sonra fransalı müdafiəçi NEOM-un təklifini qəbul edib və ərəb klubuna keçib.
Qeyd edək ki, Malanq Sarr karyerası ərzində "Nitsa", "Çelsi", "Portu", "Monako" və "Lans"ın formasını geyinib. O, "Çelsi" ilə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.