İdman24
Futbol · APA Sport

15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi

Kurasao millisinin qapıçısı Eloy Room DÇ-2026-da tarixi çıxışla yadda qalıb.

Apasport.az xəbər verir ki, 36 yaşlı qolkiper E qrupunun II turunda Ekvadorla 0:0 hesablı heç-heçə etdikləri matçın ən yaxşı futbolçusu seçilib.

Room qarşılaşmada 15 qurtarış edib və 10 ballıq reytinq alıb. Bu göstərici dünya çempionatları tarixində bir oyunda qeydə alınan ən yüksək nəticədir.

Qeyd edək ki, bunadək rekord Tim Hovarda məxsus idi. ABŞ millisinin sabiq qapıçısı DÇ-2014-də Belçikaya qarşı oyunda 16 seyv etmişdi. Kurasao isə tarixində ilk dəfə iştirak etdiyi mundialda ilk xalını qazanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə