Formula 1 · F-1.az
Komanda rəhbərləri Esteban Okonun taleyi barədə

Dünən San Pauluda FIA-nın mətbuat konfransında iştirak edən komandaların hər üç rəhbəri fransalı sürücünün karyerasının müxtəlif mərhələlərində Esteban Okonla işləyib. Görünən odur ki, bu karyera artıq başa çatmağa yaxındır. Hər halda, onun Haas ilə bağlı səhifəsi vaxtından əvvəl bağlanıb və bu, hər iki tərəf üçün açıq-aşkar xoşagəlməz olan xüsusi şəraitdə baş verib.