"Formula-1" pilotu Oliver Berman Las-Veqas Qran-prisində 35 pilləlik cəza alıb

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 15° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Formula-1" pilotu Oliver Berman Las-Veqas Qran-prisində 35 pilləlik cəza alıb Formula 1 20 noyabr, 2026 10:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Haas" komandasının pilotu Oliver Berman güc qurğusu komponentlərinin limitini aşdığına görə "Formula-1" üzrə Las-Veqas Qran-prisinin start düzülüşündə 35 pilləlik cəza alıb.
"Report" "RacingNews365"ə istinadən xəbər verir ki, britaniyalı sürücünün bolidində daxiliyanma mühərriki, turbokompressor, işlənmiş qazların xaricetmə sistemi və MGU-K motor-generatoru dəyişdirilib.
Hər dörd detal mövsüm üçün icazə verilən kvotadan artıqdır. Reqlamentə əsasən, cəza 15 pillədən çox olduqda pilot təsnifat mərhələsinin nəticəsindən asılı olmayaraq avtomatik olaraq start düzülüşünün sonuna göndərilir.
"Aston Martin" sürücüsü Lans Stroll da cəzalandırılıb. Kanadalı idmançı yeni enerji toplayıcısı və idarəedici elektronika blokunun quraşdırılması səbəbindən 10 mövqe itirəcək.
Daha əvvəl güc qurğusunun komponentlərinin dəyişdirilməsinə görə Andrea Kimi Antonelli ("Mersedes"), Oskar Piastri ("Maklaren") və Karlos Sayns ("Uilyams") da cərimələniblər.
Qeyd edək ki, Las-Veqas Qran-prisinin təsnifat mərhələsi noyabrın 21-də, əsas yarış isə noyabrın 22-də keçiriləcək. İkinci sərbəst yürüşdə ən yaxşı nəticəni "Mersedes"in pilotu Corc Rassell göstərib.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 15° C Son xəbərlər 19:13 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb Hadisə 19:09 Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Ağstafada təlim keçirilib Din 19:07 Ekspert: "Onlayn dövlət xidmətləri üzrə 11-ci yerə yüksəlməyimiz xüsusilə önəmlidir" İKT 18:59 Foto "Eternity-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Hərbi 18:49 Foto Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib Hadisə 18:46 Ermənistanda 15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib Region 18:36 Börnhem: Aİ ilə yeni saziş Britaniya iqtisadiyyatına 17 milyard funt sterlinq gəlir gətirəcək Digər ölkələr 18:21 Foto Şahin Əliyev: "Rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyimiz güclənir" İKT 18:09 UKMTO: Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.