Digər · APA Sport
ÇL: “Fənərbaxça” Londonda “Şaxtyor”a qarşı - YENİLƏNİR

“Fənərbaxça” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi V tur çərçivəsində Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşacaq.
Görüş İngiltərənin paytaxtı Londonda yerləşən “Stemford Bric” stadionunda keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, “Fənərbaxça” keçirdiyi 4 oyundan sonra 5 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. “Şaxtyor” isə 4 xalla 25-ci yerdədir.
00:00. “Şaxtyor” (Ukrayna) – “Fənərbaxça” (Türkiyə)
Stadion: “Stemford Bric” (London, İngiltərə)