İdman24
Şahmat · APA Sport

Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq

Azərbaycanın kişi və qadın şahmat milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərinə çıxacaqlar.

Apasport.az xəbər verir ki, komandalar VII tur çərçivəsində mübarizə aparacaqlar.

Kişilərdən ibarət millimiz Yunanıstan yığması ilə üz-üzə gələcək. Qadınlardan ibarət Azərbaycan seçməsinin rəqibi isə Ermənistan olacaq. Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Altı turdan sonra hər iki millimizin hesabında 10 xal var. Kişilərdən ibarət komanda turnir cədvəlində 12-ci, qadınlardan ibarət yığma isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir. Yarış sentyabrın 27-də başa çatacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə