“Neftçi” – “Sabah” matçının hakimi bəlli oldu – VII TURUN TƏYİNATLARI

Misli Premyer Liqasında VII turun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Apasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması olan “Neftçi” – “Sabah” matçı Rauf Cabarova tapşırılıb.
Oktyabrın 9-da keçiriləcək görüşdə VAR hakimi Kamal Umudlu olacaq.
16:00. “Araz-Naxçıvan” – “Kəpəz” Baş hakim: Rəşad Əhmədov VAR: Rəvan Həmzəzadə Şamaxı şəhər stadionu
19:30. “Neftçi” – “Sabah” Baş hakim: Rauf Cabarov VAR: Kamal Umudlu “Palms Sports Arena”
17:00. “Zirə” – “Şamaxı” Baş hakim: Fərid Hacıyev VAR: Əkbər Əhmədov Zirə İdman Kompleksinin stadionu
19:30. “Sumqayıt” – “Qəbələ” Baş hakim: Kamranbəy Rəhimov VAR: Əliyar Ağayev “SOCAR Polymer Arena”
16:00. “İmişli” – “Qarabağ” Baş hakim: Elvin Bayramov VAR: Vüqar Həsənli Yevlax şəhər stadionu
18:30. “Şəfa” – “Turan Tovuz” Baş hakim: Əli Əliyev VAR: Nicat İsmayıllı “SOCAR Polymer Arena”
Qeyd edək ki, VII turun 6 qarşılaşması oktyabrın 9–11-də keçiriləcək.