İdman24
Döyüş İdmanı · APA Sport

Xüsusi olimpiyaçılardan ölkə kubokunda 2 qızıl medal

Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib.

Apasport.az xəbər verir ki, Şüvəlan Ağır Atletika Akademiyasında təşkil olunan yarışda Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmançıları da iştirak ediblər.

Samir Eminov (59 kq) və Əli Sadıxov (105 kq) çıxışlarını qızıl medalla başa vurublar.

Samir Eminov üç hərəkətdə ümumilikdə 160 kq nəticə göstərib. Əli Sadıxov isə 530 kq-lıq ümumi nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançıların mükafatlandırılmasında Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyev və pauerliftinq üzrə baş məşqçi Natiq Əliyev iştirak ediblər.

Orijinal mənbə

İdman24 əsas səhifə