Digər · APA Sport
Fransa klubunda yeni təyinat - RƏSMİ

Fransanın “Strasburq” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Apasport.az xəbər verir ki, komandanın yeni çalışdırıcısı Vitor Matuş təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı portuqaliyalı mütəxəssis Uqo Filipe Oliveyranı əvəzləyib.
Matuş 2025-ci ilin noyabrında “Suonsi Siti”də işləyib. O, daha əvvəl “Liverpul”da Yurgen Kloppun köməkçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, “Strasburq” Fransa çempionatında 10 turdan sonra 10 xalla 13-cü pillədə qərarlaşıb.