İdman24
Döyüş İdmanı · APA Sport

dünya çempionatında Azərbaycanı dörd hakim təmsil edəcək

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək U17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.

Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialda ölkəmizdən 4 referi ədaləti qoruyacaq.

Bunlar I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifovdur.

Qeyd edək ki, U17 dünya çempionatının görüşlərini ümumilikdə 68 hakim idarə edəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə