İdman24
Basketbol · APA Sport

Alperen Şengün əfsanəvi basketbolçunu geridə qoydu – NBA-da gecənin nəticələri

NBA-da müntəzəm mövsümün növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Türkiyə millisinin üzvü Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “Finiks Sans”ı 116:104 hesabı ilə məğlub edib.

Türkiyəli basketbolçu 23 xal, 11 ribaund və 11 məhsuldar ötürmə ilə tripl-dabla imza atıb.

Karyerasında 15-ci dəfə bu göstəriciyə imza atan Şengün əfsanəvi basketbolçu Hakim Olacuvonu geridə qoyub. O, “Hyuston Rokets” tarixində ən çox tripl-dabl edən ikinci basketbolçu olub.

Bu göstərici üzrə klubun rekordçusu 46 tripl-dabla Ceyms Hardendir.

“Filadelfiya” – “Mayami” – 111:104

“Oklahoma” – “Minnesota” – 106:113

“Nyu-York” – “Klivlend” – 121:102

“Memfis” – “Los-Anceles Klippers” – 115:97

“Portlend” – “San-Antonio” – 116:111

“Qolden Steyt” – “Sakramento” – 129:110

Orijinal mənbə

İdman24 əsas səhifə