İdman24
Döyüş İdmanı · APA Sport

Güləşçimiz dünya üçüncüsü oldu

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Yaponiya təmsilçisi Hinata Hanamorini məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bununla da Azərbaycan millisinin mundialdakı medal sayı daha da artıb. Daha əvvəl Abdurrahman Hüseynli (51 kq), Əli Cavadlı (45 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıblar.

Orijinal mənbə

İdman24 əsas səhifə