Formula 1 · F-1.az
Mekis: Həcərin liderlər qrupunda mübarizə aparmaq potensialı olub

Qran Pri Sinqapurda İshaqı Həcəri daim texniki problemlər izləyib. Sprintdə fransalı sürücü güc itkisinə görə mübarizəni dayandırıb, sıralanma turunun ilk sessiyasında isə onun maşınında sürətlər qutusu sıradan çıxıb və nəticə göstərə bilməyib. İshaq yarışa pit-leyndən başlayıb və finişdə onuncu yerə qədər yüksələ bilib.