Digər · APA Sport
Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

Kanadanın Monreal şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 195-ci Konqresi keçirilib. Apasport.az xəbər verir ki, 117 milli federasiyanın nümayəndələrinin iştirak etdiyi tədbirdə velosiped idmanının inkişafı, beynəlxalq yarışların təşkili və gələcək perspektivlərlə bağlı mühüm məsələlər müzakirə olunub.
Konqres çərçivəsində 2027–2034-cü illərdə bir sıra dünya çempionatlarının keçiriləcəyi şəhərlər də təqdim edilib. Konqresdə ölkəmizi Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təmsil edib.