İdman24
Futbol · Report İdman

Almaniya Futbol İttifaqının prezidenti İnfantinonun vəzifədən ayrılmalı olduğunu bildirib

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Almaniya Futbol İttifaqının prezidenti İnfantinonun vəzifədən ayrılmalı olduğunu bildirib Futbol 18 sentyabr, 2026 18:29 Almaniya Futbol İttifaqının (DFB) prezidenti Hans-Yoahim Vatske FIFA prezidenti Canni Infantinonun vəzifəsini tərk etməli olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə DFB rəhbəri jurnalistlərə açıqlamasında deyib.

O, İnfantinonun istefasının hər hansı şərt və istisna olmadan baş verməli olduğunu söyləyib.

Hans-Yoahim Vatske FIFA Sülh Mükafatının təsis edilməsi və ABŞ prezidenti Donald Trampa təqdim olunması ilə bağlı qərarı da tənqid edib. O, mükafatın Infantino tərəfindən yaradıldığını və qalibin seçilməsi ilə bağlı qərarın da FIFA rəhbərinin özü tərəfindən verildiyini bildirib. Vatskenin sözlərinə görə, belə bir qərarın heç bir müzakirə və müvafiq prosedur olmadan qəbul edilməsi yolverilməzdir.

Federasiya rəhbəri həmçinin, ABŞ millisinin hücumçusu Folarin Baloqunun dünya çempionatı zamanı aldığı qırmızı vərəqənin ləğv edilməsi məsələsinə toxunub. O bildirib ki, futbolçunun meydandan qovulmasından sonra dövlət başçısının FIFA prezidentinə zəng etməsi və bunun ardınca hakimin qərarının ləğv olunması qəbuledilməzdir.

Qeyd edək ki, 56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında keçirilən FIFA-nın növbədənkənar Konqresində prezident olub. O, daha sonra iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib.

FIFA prezidentinə növbəti seçkilərin 2027-ci ilin martında keçirilməsi planlaşdırılır.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 21:23 Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb Region 21:12 Rebeka Qrinspan BMT baş katibi postu uğrunda üçüncü qeyri-rəsmi səsvermədə liderlik edir Digər ölkələr 20:57 Video SOCAR neftçiləri təbrik edib Energetika 20:51 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb Hadisə 20:48 ABŞ və Cənubi Koreya investisiya ilə bağlı fikir ayrılıqları fonunda danışıqlar aparıb Digər ölkələr 20:40 AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub Digər ölkələr 20:29 Əməkdar artist Sevda Məmmədzadə vəfat edib Mədəniyyət 20:27 "Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Bizi qarşıda çətin oyunlar gözləyir" Futbol 20:26 Pakistanda məscid yaxınlığında baş vermiş terror aktında ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə