Faiq Quliyev: Azərbaycanın zəfəri bütün Türk dünyasının qələbəsidir

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 14° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Faiq Quliyev: Azərbaycanın zəfəri bütün Türk dünyasının qələbəsidir Region 06 noyabr, 2026 19:26 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Vətən müharibəsində qazanılan zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsidir.
"Report" un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası çərçivəsində deyib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biri yazılıb:
"Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın sarsılmaz birliyi nəticəsində tarixi ədalət bərpa olunub, ölkənin suverenliyi və milli qüruru təmin edilib.
Diplomat bildirib ki, zəfərə aparan yolun siyasi, ideoloji və mənəvi əsasları hələ 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub:
"Həmin dövrdə dövlətçiliyin möhkəmləndirilməsi, milli birliyin gücləndirilməsi və nizami ordunun formalaşdırılması istiqamətində atılan addımlar gələcək qələbənin əsasını təşkil edib".
F.Quliyev qeyd edib ki, Vətən müharibəsində qazanılmış Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb:
"Ötən altı il ərzində azad edilmiş ərazilərdə həyat yenidən canlanıb, şəhər və kəndlər bərpa olunur, müasir yollar, məktəblər və mədəniyyət ocaqları tikilir. Xüsusilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qələbədən sonrakı dövrün ən böyük sevinc və nailiyyətlərindəndir".
Səfir Vətən müharibəsi dövründə Gürcüstanın nümayiş etdirdiyi dostluq və həmrəyliyi də minnətdarlıqla xatırladıb.
F.Quliyev həmçinin vurğulayıb ki, soydaşların bu dəstəyi yalnız maddi yardım deyil, həm də mənəvi bağlılığın və qardaşlıq həmrəyliyinin göstəricisi olub.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Ruslan Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Посол Азербайджана рассказал в Тбилиси об историческом значении Победы Azerbaijani ambassador highlights historical significance of victory at event in Tbilisi --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 21:38 Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib Digər ölkələr 21:26 ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb Digər ölkələr 21:16 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Xarici siyasət 21:12 Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib Digər ölkələr 20:59 Foto Fərid Qayıbov Şuşada vətəndaşları qəbul edib Daxili siyasət 20:49 "Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib Digər ölkələr 20:46 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Futbol 20:37 Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək Digər ölkələr 20:27 Video Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.