İdman24
Digər · APA Sport

Dambrauskas jurnalistlər önünə çıxacaq

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – TNS oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.

“Sabah”ın oyun öncəsi mətbuat konfransı iyulun 6-da, saat 17:15-də Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının zalında baş tutacaq. Komandamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə həmin gün saat 18:30-da “Sabah” Futbol Mərkəzində keçiriləcək.

TNS-in oyun öncəsi mətbuat konfransı iyulun 6-da saat 19:15-də, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20:00-da, “Bank Respublika Arena”da baş tutacaq.

“Sabah” – TNS oyunu iyulun 7-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə