İdman24
Futbol · Report İdman

Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır Futbol 23 oktyabr, 2026 13:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatı və festivalına tam hazırdır.

Bu barədə "Report" a AFFA-dan məlumat verilib.

Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi edir.

Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər.

Çempionat çərçivəsində 1000-ə yaxın oyun təşkil olunacaq. Qarşılaşmaların əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görülüb. Qısa müddət ərzində inşa edilən kompleksdə 10 futbol meydançası 20 oyunun eyni anda keçirilməsinə uyğun hazırlanıb, həmçinin burada yarışın yüksək səviyyədə təşkili üçün bütün digər zəruri infrastruktur yaradılıb.

Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşləri Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif İdman Şöbəsi Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Говсанский спортивный комплекс полностью готов к ЧМ U-15 --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 14:13 Azərbaycan elm xərclərini 12 %-dən çox artırır Maliyyə 14:12 Foto Video Sel Dırnısda 15 evin təsərrüfat sahəsinə ziyan vurub, heyvanlar tələf olub - Yenilənib Hadisə 14:11 Azərbaycan xarici yardımları 74 %-ə yaxın artırır Maliyyə 14:09 Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq Maliyyə 14:08 Paris yaxınlığında avtomobildən atəş açılıb: 1 nəfər ölüb, 4 nəfər yaralanıb Digər ölkələr 14:02 Azərbaycan seçki və statistika tədbirlərinə xərcləmələri 10 %-ə yaxın artırır Maliyyə 14:02 Rusiya, ABŞ və Ukrayna danışıqları noyabrın birinci yarısında Əbu-Dabidə keçiriləcək Digər ölkələr 14:01 Foto Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub Turizm 13:55 Foto Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə