U-23 dünya çempionatında Azərbaycanın 23 güləşçisi mübarizə aparacaq

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia U-23 dünya çempionatında Azərbaycanın 23 güləşçisi mübarizə aparacaq Fərdi 07 oktyabr, 2026 17:20 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 12-dən 18-dək ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.
"Report" xəbər verir ki, yarışda Azərbaycanı 23 pəhləvan təmsil edəcək.
Yunan-roma güləşi üzrə Azərbaycan komandası yarışın ilk günlərində xalça üzərinə çıxacaq. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov və Sabah Şəriətinin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Elmir Əliyev (60 kq), Ayxan Cavadov (63 kq), Məhəmməd Şükürzadə (67 kq), Fərid Xəlilov (72 kq), Ruslan Nurullayev (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) mübarizə aparacaqlar.
Daha sonra qadın güləşçilər yarışa qoşulacaqlar. Baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) Las Veqasda çıxış edəcəklər.
Çempionatın son günlərində isə böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Salkazanovla Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Heyətdə Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Elcan İsmayılzadə (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) yer alıblar.
Gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə saat 21:30-da, axşam seansının görüşləri isə 04:45-də başlayacaq.
U-23 dünya çempionatında I-S dərəcəli hakim Bəşir İsazadə və I dərəcəli referi Əli Babayev ədaləti qoruyacaqlar.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 18:36 Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb - YENİLƏNİB-4 Fərdi 18:30 Ukraynaya zərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB Digər ölkələr 18:29 Video Qaradağda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB Hadisə 18:22 Foto Ceyhun Bayramov Orta Dəhlizin artan rolunu qeyd edib Xarici siyasət 18:22 Foto Ukraynalı uşaqların Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib Xarici siyasət 18:20 DMM: Pakistanlıların Məkkə sazişinə etirazları ilə bağlı iddialar əsassızdır Region 18:10 Foto Azərbaycanla Birləşmiş Krallıq arasında ali təhsil müəssisələrinin əlaqələrindən danışılıb Elm və təhsil 18:09 Dünya futbolunun əfsanəsi Lotar Matteus: "Bakıdakı dünya çempionatına gəlmək mənim üçün xoşdur" Futbol 17:56 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.