Jurnalistlər AFFA tərəfindən yeni inşa olunan Hövsan Yarış Kompleksi ilə tanış olublar

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Jurnalistlər AFFA tərəfindən yeni inşa olunan Hövsan Yarış Kompleksi ilə tanış olublar Futbol 08 oktyabr, 2026 11:38 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA tərəfindən yeni inşa olunan Hövsan Yarış Kompleksinə jurnalistlər üçün mediatur təşkil edilib.
"Report" un məlumatına görə, mediatur çərçivəsində iştirakçılara Bakıda ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalının əsas məkanlarından biri olan Hövsan Yarış Kompleksi təqdim olunub.
Jurnalistlər komplekslə tanış olub, burada yaradılan infrastruktur və turnirə hazırlıq prosesi barədə ətraflı məlumat əldə ediblər.
Hazırda kompleksdə işlər yekunlaşmaq üzrədir. Turnir çərçivəsində nəzərdə tutulan 1000-ə yaxın qarşılaşmanın yeni inşa olunan kompleksdəki 10 futbol meydançasında təşkili planlaşdırılır. Hövsanda yaradılan yeni futbol infrastrukturu gələcəkdə Azərbaycanda uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcək.
Bakı oktyabrın 22–30-da FIFA-nın ilk dəfə təşkil etdiyi U-15 dünya çempionatı və festivalına ev sahibliyi edəcək. Oyunların böyük əksəriyyəti Hövsan Yarış Kompleksində baş tutacaq.
Yarışda dünyanın 190-a yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmilərin iştirakı gözlənilir. Mötəbər turnirin açılış və final qarşılaşmaları isə Bakı Kristal Zalında keçiriləcək.
Xatırladaq ki, Azərbaycan millisi turnirin AF qrupunda mübarizə aparacaq. Yığmanın rəqibləri Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor olacaq.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Foto Vüqar Xanlarov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Журналисты ознакомились со Спортивно-тренировочным комплексом в Говсане Foto Media tour held at Baku's newly built Govsan sports complex --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:42 Azərbaycan-Türkmənistan əməkdaşlığı: Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq Analitika 12:39 Böyük Britaniya 20 diplomatını İsraildən geri çağıracaq Digər ölkələr 12:38 Bakıda 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib İnfrastruktur 12:38 Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir Hadisə 12:36 Azərbaycan və Mərkəzi Asiya ölkələri mütəfəkkir və alimlərin BMT-də xüsusi təqdimatlarını keçirəcəklər Xarici siyasət 12:34 Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək Ekologiya 12:31 Foto Video İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB - 2 Region 12:29 Dmitro Lubinets: Ukraynada müharibə səbəbindən təxminən 113 min itkin şəxs var Xarici siyasət 12:26 Tağıyev qəsəbəsində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.