İdman24
Futbol · Report İdman

Şlapaçenko: BMT Qarabağda Azərbaycan hökuməti ilə strateji dialoq keçirəcək

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Şlapaçenko: BMT Qarabağda Azərbaycan hökuməti ilə strateji dialoq keçirəcək Xarici siyasət 08 oktyabr, 2026 11:46 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

BMT Azərbaycanın Qarabağ bölgəsində ölkə hökuməti ilə strateji dialoq keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitri Şlapaçenko bildirib.

"Biz hökumətlə birlikdə Qarabağda strateji dialoq keçirməyi planlaşdırırıq. Mənim üçün bu, strateji əhəmiyyət kəsb edir və çox vacib bir istiqamətdir", - o vurğulayıb.

D.Şlapaçenko qeyd edib ki, bu dialoq çərçivəsində hökumətin ehtiyacları müəyyən ediləcək və BMT-nin Qarabağda həyata keçirilən proseslərə hansı formada dəstək göstərə biləcəyi aydınlaşdırılacaq.

O, həmçinin bir sıra mədəni tədbirlərin keçirilməsi və BMT-nin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi planları barədə məlumat verib.

"Biz bunun üçün bütün zəruri şərtləri görürük", - o deyib.

D.Şlapaçenko, həmçinin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə olan sadiqliyini qeyd edib: "Biz ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqində liderlərdən biri olmasından həqiqətən təsirlənmişik. Nə etmək lazım olduğuna dair Azərbaycanın artıq öz baxışı var".

O vurğulayıb ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması çərçivəsində artıq dörd könüllü milli icmal təqdim etmiş azsaylı ölkələrdən biridir. D.Şlapaçenkonun sözlərinə görə, hazırda beşinci icmal hazırlanır.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Aysel Aslan Sosial şəbəkələrdə paylaşın Скопировано Шлапаченко: ООН проведет в Карабахе стратегический диалог с правительством Азербайджана Shlapachenko: UN plans strategic dialogue with Azerbaijani government in Karabakh region --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:42 Azərbaycan-Türkmənistan əməkdaşlığı: Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq Analitika 12:39 Böyük Britaniya 20 diplomatını İsraildən geri çağıracaq Digər ölkələr 12:38 Bakıda 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib İnfrastruktur 12:38 Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir Hadisə 12:36 Azərbaycan və Mərkəzi Asiya ölkələri mütəfəkkir və alimlərin BMT-də xüsusi təqdimatlarını keçirəcəklər Xarici siyasət 12:34 Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək Ekologiya 12:31 Foto Video İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB - 2 Region 12:29 Dmitro Lubinets: Ukraynada müharibə səbəbindən təxminən 113 min itkin şəxs var Xarici siyasət 12:26 Tağıyev qəsəbəsində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə