İdman24
Futbol · APA Sport

İmad Faraj “Neftçi”ni tərk etdi - RƏSMİ

"Neftçi"nin futbolçusu İmad Faraj Tunisin “Esperans” klubuna keçib.

Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

“Neftçi” “Esperans”ın transferlə bağlı təklifini və 27 yaşlı fransalı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, bu təklifi müsbət dəyərləndirib.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və artıq razılıq əldə olunub.

Qeyd edək ki, 2025-ci ilin iyul ayında Kiprin “AEK Larnaka” klubundan “Neftçi”yə transfer olunan İmad Faraj bir mövsüm ərzində 34 rəsmi oyunda meydana çıxıb. O, bu görüşlərdə 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Orijinal mənbə

İdman24 əsas səhifə