Digər · APA Sport
Azərbaycan Kuboku: İkinci oyun günündə 3 görüş - YENİLƏNİR

Futbol üzrə Azərbaycan Kubokunda bu gün I təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.
“Difai” doğma meydanda “Zəngəzur”u, “Marafon” “Dinamo”nu, “Şirvan” isə “Kür-Araz”ı qəbul edəcək.
14:00. “Difai” – “Zəngəzur” Palms Sports Futbol Mərkəzi (IV meydan)
14:30. “Marafon” – “Dinamo” “Marafon Arena”
14:30. “Şirvan” – “Kür-Araz” Şirvan Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, ötən gün keçirilən görüşlərdə “Qaradağ Lökbatan” “Şəki”ni 12:0 hesabı ilə darmadağın edib. “Şəmkir” isə öz meydanında “Ağstafa Gəncləri”nə 1:5 hesabı ilə məğlub olub.
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.