İdman24
Futbol · Report İdman

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 15° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə futbol turnirləri keçirilib Futbol 07 noyabr, 2026 22:08 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında məktəblilər arasında futbol turniri təşkil olunub.

"Report" un məlumatına görə, turnirin keçirilməsində əsas məqsəd məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin təşviqi, eləcə də şagirdlərdə birlik, həmrəylik və komanda ruhunun gücləndirilməsidir.

Turnir çərçivəsində məktəblilər futbol üzrə öz bacarıq və imkanlarını nümayiş etdirib, komanda şəklində mübarizə apararaq idman ruhunda rəqabət aparıblar.

Həmçinin, noyabrın 4–5-də Ağdam şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Zəfər naminə – Birlik Kuboku" adı altında Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən şirkətlər və sakinlərdən ibarət komandalararası minifutbol turniri keçirilib.

Turnirdə "Ağdam", "Füzuli", "Xocavənd", "Mübariz", "İmarət", "Ağdam Təhsil", "Zəfər Bağları" və "Agro Lid" olmaqla, ümumilikdə 8 komanda iştirak edib.

İki gün davam edən yarış maraqlı və gərgin idman mübarizəsi şəraitində keçir. Komandalar turnir ərzində öz bacarıqlarını və qələbə əzmlərini nümayiş etdiriblər.

Qeyd edək ki, Zəfər Günü münasibətilə təşkil olunan bu kimi idman tədbirləri gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə, sağlam həyat tərzinin təşviqinə və məktəblilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 15° C Son xəbərlər 23:37 Trampla demokratlar arasında qarşıdurma dərinləşir Digər ölkələr 23:16 Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 9-a çatıb - Yenilənib Region 23:03 Foto "Tağıyev: Məktəb" filmi "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub Mədəniyyət siyasəti 22:51 Foto Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib Daxili siyasət 22:36 Foto Sarayevoda Zəfər Gününün 6-cı ildönümü münasibətilə konsert və qəbul keçirilib Digər ölkələr 22:34 Foto "Azıx mağarası: Azərbaycanın beşiyi" filmi "Korkut Ata" festivalında mükafat qazanıb Mədəniyyət siyasəti 22:28 Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır Digər ölkələr 22:16 Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub Daxili siyasət 22:08 Foto Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə futbol turnirləri keçirilib Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə