İdman24
Futbol · APA Sport

Vadim Abdullayev rəsmən "Kəpəz"də

"Kəpəz" növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, “sarı-göylər” Vadim Abdullayevi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Ötən mövsümü “Karvan-Yevlax” keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə